XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 18:57

Moskva meri azərbaycanlı sahibkarı kriminala bağladı:Sökülən ticarət mərkəzi kimindir?

piramida

 

“Sökülmuş “Piramida” Ticarət Mərkəzinin sahibləri arasında kriminalla bağlı şəxslər var”.

Strateq.az bildirir ki, bu sözləri Moskva meri Sobyanin “Exo Moskvı” radiosuna açıqlamasında deyib.

Onun sözlərinə görə, obyektin sökülməsi üçün onun sahibləri ilə bu illər ərzində danışıq aparmağa cəhd ediblər. 

 

“Bu tamamilə nəticəsiz qaldı. Bu Mərkəzin sahibləri sırasında kriminalla əlaqəli şəxslər var. Onlarla necə anlaşmaq olardı?”, – deyə mer söküntüyə bəraət qazandırıb.

 

Sobyanin bildirib ki, onlar obyekti sökərkən Mülki Kodeks əsasında hərəkət ediblər.

“Bu piramidalar şəhər əhalisinin həyatı üçün təhlükə yaradırdı”, – deyə mer qeyd edib.

 

Xatırladaq ki,  Rusiya reyestrinin məlumatına görə, fevral ayının əvvəlindən iki-üç ticarət mərkəzinin sahibi dəyişib. Təxminən 1000 kvadratmetr sahəsi olan ticarət məkəzinin sahibi artıq “Piramida-2000” MMC deyil, Azərbaycan vətəndaşı Ramin Bəşir oğlu Sultanlıdır.




Yuxarı Əvvələ Ana Səhifə