XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 14:03

70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

hakim

 

“Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilə bağlı Ombudsman Aparatına 1982 müraciət daxil olub”.

 

Strateq.az apa.az-a istinadən xəbər verir ki, bu barədə Ombudsmanın illik hesabatında bildirilib. 

 

Hesabatda qeyd olunub ki, ötən dövrdə korrupsiyanın və digər neqativ halların aradan qaldırılması üzrə Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilmiş tədbirlər çərçivəsində 200-dək hakim barədə intizam icraatı başlanılıb, kobud qanun pozuntularına və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulması ilə bağlı şikayətlər, əsas etibarilə, məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq xəbərdarlığın (bildirişin) göndərilməməsi və ya gec göndərilməsi, bəzi hakimlər tərəfindən tərəflərinə bərabərliyinə və çəkişmə prinsipinə əməl edilməməsi, məhkəmə iclası zamanı bəzən tərəflərin vəsatətlərinə və sübut kimi təqdim etdikləri sənədlərə diqqət verilməməsi, məhkəmə qərarlarının surətinin tərəflərə verilməməsi və ya vaxtında göndərilməməsi, məhkəmə qərarlarında texniki səhvlərə yol verilməsi, apellyasiya və kassasiya şikayətlərinin aidiyyəti göndərilməsi üzrə tərəflərin məlumatlandırılmamaması, süründürməçilik halları, qərarların icraya vaxtından yönəldilməməsi, hakimlərin məhkəmə qərarlarının icrasına nəzarət etməməsi ilə bağlı olub.