XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2016 - 18:38

Əfv Komissiyası yeni tərkibdə ilk iclasını keçirib

prezident-aparati

 

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

 

Komissiyanın üzvü Mehdi Mehdiyevin APA-ya verdiyi məlumata görə, iclasda əfvlə bağlı müraciətlərə baxılıb.

 

Onun sözlərinə görə, komissiyaya əfvlə bağlı xeyli sayda müraciət daxil olub və araşdırılır: “Komissiyanın bir neçə iclasının keçirilməsi nəzərdə tutulur”.

 

M. Mehdiyev Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağına ümid etdiklərini də bildirib.