XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2016 - 14:53

Təcrübəsiz tibbi yardım 500 manat cərimə ilə nəticələnəcək

ilk tibbi yardim

 

Azərbaycanda tibbi yardımı düzgün şəkildə həyata keçirməyənlər 500 manat məbləğində cərimə ediləcək

 

Azərbaycanda ixtisaslaşmış tibbi yardımı düzgün şəkildə həyata keçirməyənlər 500 manat məbləğində cərimə ediləcək.

 

Strateq.az report.az-a istinadən xəbər verir ki,  bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinə 215-ci vətəndaşların hüquqlarının pozulması maddəsinə yeni məzmunda 215.3-cü bəndin əlavə edilməsi təklif edilib.

 

Əlavəyə görə, ixtisaslaşmış tibbi yardımın "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda nəzərdə tutulan qaydada göstərilmədiyinə görə 500 manat məbləğində cərimə edilir.

 

Qeyd edək ki, Məcəlləyə təklif olunan dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub.