XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020

Digər Xəbərlər

30 İyul 2019 - 14:45

Qadınlar niyə radikal dindarlara qoşulur? –Gəncə hadisələri və “qəhrəmanlıq salnaməsi”

2018-ci ilin 3 iyulunda Gəncə şəhərində icra başçısını odlu silahla qətlə yetirmək cəhdini yəqin ki, Azərbaycanda hər kəs yaxşı xatırlayır. Bu, bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində öz məkrli siyasi maraqlarını həyat keçirmək istəyən qrupların dövlətçiliyə qarşı təxribatı kimi qiymətləndirilir.

İyulun 10-da radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki yüksək rütbəli polis zabitini qətlə yetirməsi isə Gəncə hadisələrinin kuliminasiyası idi. Azərbaycanın ikinci böyük şəhərində bu cür hadisələrin baş verməsi qarşıalınmaz proseslərə yol aça bilərdi. Amma hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində bu təxribatların qarşısı alındı. Lakin dini şüarlarla pərdələnən, təxribatçı qüvvələr hələ də internet resurslarında və mümkün olan hər yerdə Gəncə hadisələrini “qəhrəmanlıq salnaməsi” kimi təqdim etməkdədir.

Azərbaycan dünyəvi dövlətdir və burada dindən siyasi alət kimi istifadə etməyə cəhdlər dövlətin təməlini sarsıda bilər. Son zamanlar Azərbaycanda radikal dindarların sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu sırada xeyli qadının da olduğunu diqqəti cəlb edir.

Azərbaycan qadına ABŞ və bir sıra Avropa ölkələrindən əvvəl seçki hüququ verən ölkədir. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyət nəinki təkcə müsəlman və türk şərqində ilk demokratik dünyəvi respublika idi, o, həm də qadınların hüquq və azadlıqlarını tanıyan ilk müsəlman ölkəsi idi. İlk respublikamızın qurucuları qadınlarımızı çadradan, dini xürufatdan, cəhalətdən azad olmağa, dünyəvi təhsil almağa ruhlandırmışdılar. Təəssüf ki, 100 ildən sonra Azərbaycan qadınları yenidən çadraya bürünərək radikal dini cərəyanların təsiri altında fundamentalizmə, cəhalətə yuvarlanmaqdadır.

Radikal dini təşkilatlara qoşulan qadınların başına gətirilən müsibətlər bir daha onu göstərir ki, insanlar dini xurafatdan uzaq durmalı, xarici ölkələrdən idarə olunan radikal dindarların təsiri altına düşməməyə çalışmalı, hər fürsətdə ətrafdakı insanları bu barədə maarifləndirməlidirlər.

P.s. Bu yazı “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində yazılıb.