XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

18 Noyabr 2019 - 12:11

“Əlilliyi olan şəxslərin məşğulluq və sosial təminat hüquqları” mövzusunda təlimlər keçirilib

“Fiziki məhdudiyyətli şəxslərin hüquqlarının qorunması” layihəsi çərçivəsində əlilliyi olan təşkilatların nümayəndələri və bu sahədə fəaliyyət göstərən hüquqşünasların iştirakı ilə “Əlilliyi olan şəxslərin məşğulluq və sosial təminat hüquqları, onların hüquqi müdafiəsi” mövzusunda iki günlük təlimlər keçirilib.

Layihədən Strateq.az-a verilən məlumata görə, təlimlərdə əvvəlcə layihə rəhbəri, hüquqşünas-ekspert Hafiz Həsənov “Əlilliyi olan şəxslərin beynəlxalq hüquqi öhdəlikləri və milli qanunvericilik”, “Əlilliyi olan şəxslərin məşğulluq hüquqları”, “Əlilliyi olan şəxslərin sosial təminat hüquqları” mövzularında təqdimatlar edib.

Təqdimatlardan sonra təlim iştirakçıları ilə mövzular üzrə suallar cavablandırılıb, qrup işləri keçirilib və müzakirələr aparılıb. Həmçinin, vəkillər Əlibaba Rzayev və Rüstəm Zülfqarov əlilliyi olan şəxslərin əmək və sosial təminat hüquqlarına dair mübahisələr üzrə məhkəmə təcrübələri barədə çıxış ediblər.

Təlimlərdə vurğulanıb ki, Azərbaycanın əlilliyi olan şəxslərin hüquqlarına dair beynəlxalq hüquqi öhdəlikləri üzrə bir sıra fəaliyyətlər həyata keçirilsə də, hələ icra olunmalı müəyyən fəaliyyətlər də az deyil.

İştirakçılar həmçinin bildirblər ki, məşğulluq və sosial təminat hüquqları da daxil olmaqla, əlilliyi olan şəxslərin hüquqları sahəsində davamlı şəkildə geniş maarifçilik işi aparılmalıdır.

Təlimlərdə iştirakçılar mövzulara uyğun təlim materialları və zəruri dəftərxana materialları ilə təmin edilib. Təlimlərdə uğurla iştirak edən iştirakçılara Sertifikatlar təqdim edilib.

Təlimlər ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə hüquqşünas-ekspert Hafiz Həsənovun “Hüquq və İnkişaf” İctimai Birliyi ilə birgə icra etdiyi “Fiziki məhdudiyyətli şəxslərin hüquqlarının qorunması” layihəsi çərçivəsində keçirilib.