XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

05 Mart 2016 - 12:50

Gömrük Komitəsi sərhəddərüsum və vergi ödəməkdən imtina edənlərə xəbərdarlıq etdi

 

gomruk

Kommersiya məqsədilə Gürcüstana səyahət edən bir qrup şəxs əlilliklərindən və cəmiyyətdəki bəzi statuslarından istifadə edərək son günlərdə bu ölkədən gətirdikləri şəxsi istehlak miqdarından artıq mallara görə, rüsum və vergiləri ödəməkdən imtina edirlər.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, bu tələbləri yerinə yetirilmədikdə həmin şəxslər asayişi pozmağa çalışır, vətəndaşların, eləcə də nəqliyyat vasitələrinin gömrük sərhəddindən normal keçidinə maneələr yaradırlar.

DGK bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalari”nın 2.1.11-ci maddəsinə əsasən fiziki şəxslər şəxsi istifadəsi üçün gömrük sərhədindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər.