XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2016 - 17:53

Hər il 300-dək uşaq gen vasitəsilə ötürülən talassemiya ilə doğulur

talassemiya

Hər il respublikada 300-ə yaxın uşaq xəstə valideynlərdən uşaqlara gen vasitəsilə ötürülən ağır irsi qan xəstəliyi olan talassemiya ilə doğulur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə “Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda keçirilən tədbirdə məlumat verilib.

Tədbirdə qeyd olunub ki, uzun illər xəstəliyin diaqnozunun vaxtında qoyulmaması və bunun nəticəsində lazımi müalicənin aparılmaması, eləcə də müalicənin keyfiyyət səviyyəsinin aşağı olması səbəbindən xəstələrin bəziləri erkən yaşlarında dünyasını dəyişir, əksəriyyəti isə tam dəyərli həyat sürə və cəmiyyətə inteqrasiya ola bilmirdi. Son 10 ildə isə bu sahədə maarifləndirmə işinin gücləndirilməsi sahəsində əhalinin xəstəliyin müayinəsi ilə bağlı müraciətlərinin çoxalması və nəticədə talassemiya hallarının artması müşahidə olunub.

Həmin xəstələrə tibbi yardımın gücləndirilməsi məqsədi ilə Azərbaycanın 8 bölgəsində qan bankı bölmələri və hematoloji kabinetlər yaradılıb. Hazırda ölkədə talassemiyanın yayılmasının qarşısının alınması məqsədilə əhalinin maarifləndirilməsi və prenatal diaqnostika üsulu vasitəsilə xəstəliyin proqnozlaşdırılması (xüsusilə bu, yeni ailələrə aiddir) üzrə fəaliyyət aparılır.

Apa.az