XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2016 - 12:39

İki mədəniyyət evinin direktoruişdən çıxarıldı

Medeniyyet ve turizm

İlin əvvəlindən başlayaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssələrində, əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar aparılır.

İdarədən Trend-ə verilən məlumata görə, yoxlama və araşdırmaların nəticələrini əsas tutaraq Kürdəxanı qəsəbə mədəniyyət evinin direktoru Məmmədova Aygün Mehman qızına yazılı xəbərdarlıq, Bibiheybət qəsəbə mədəniyyət evinin direktoru Bəxtiyarova Günel Mahir qızına və Binəqədi mərkəzi mədəniyyət evinin direktoru Abbasova Zivər Aydın qızına töhmət verilib.

Həmçinin, Əmircan qəsəbə Mədəniyyət evinin direktoru Bayramova Afaq Sənan qızı və H.Abbasov adına Mədəniyyət evinin direktoru Qədimov Kamal Kamil oğlu tutduqları vəzifədən azad olunublar.