XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2016 - 18:17

“Akademkitab”da İstedadlı məktəbli və gənclərin rəsmlərindən ibarət bayram sərgisi təşkil olunub

akademkitab

“Zəka və Ülviyyət” Maarifləndirmə İctimai Birliyinin və AMEA-nın “Akademkitab" evi ilə birlikdə təşkil etdiyi “YURDUM AZƏRBAYCANIM” adlı konsertləşdirilmiş  bayram tədbiri keçirilib.  

İstedadlı məktəbli və gənclərin rəsmlərindən ibarət təşkil olunmuş sərgidə “Ümid” Uşaq sığınacağının, sağlamlığı məhdud bir neçə ailənin əl işlərinin satışı təmin olunmuşdu. “Akademkitab” evinin direktoru Əliağa Qafar oğlu Cəfərov  oxucuların, qələm əhlinin və tədbir iştirakçılarının bayramını təbrik edərək, bu gündən “Akademkitab” evinin (mağazasının) qapılarının hər kəsə açıq olduğunu bildirdi.

“Zəka və Ülviyyət” Maarifləndirmə İctimai Birliyinin sədri Elmira  Ağayevaya  bildirdi ki, “Akademkitab” evində təşkil olunan xeyriyyə sərgisində məktəbli və gənclərin rəsmləri, məhz onun yaradıcılığı ilə də bağlıdır. O, qeyd etdi ki, yeni ünvanda açılan “Akademkitab” mağazasında istənilən kitabları əldə etmək mümkündür. Mağazada müəlliflərin və digər kitabların satışına yaradılan imkanlar deməyə əsas verir ki, bu məkanda kitab təqdimatlarını keçirməklə onların satışı üçün əlverişli şərait vardır.

 Müəllif yazdığı iki hissəli “Dünənin, bu günün, sabahın Azərbaycan Qadını”, iki hissəli “Bu günün, sabahın SÜLH CARÇILARI”, M.Müşfiqin 100 illik yubileyinə və 18 saylı məktəbə həsr etdiyi “Müşfiq dühasıyla ucalan məktəb” və “Bahar ikən xəzan şair-əbədi var olan şair”, müəllifin təhsil aldığı Yasamal rayonundakı 16 şəhid məzunu olan 13 saylı orta məktəbə həsr olunmuş “Məktəbdən zirvəyə aparan yollar”, 193 saylı məktəbə həsr olunmuş “İşıqlı sabaha doğru” adlı kitablarını təqdim edib.

Çıxış edən Rəssamlar İttifaqının katibi,tanınmış xalq rəssamı Ağali İbrahimov, qocaman mədəniyyət xadimi Mirəhməd Əsgərov, xalq artisti Canəli Əkbərov və başqaları tədbir iştirakçılarını bütünlüklə Azərbaycan xalqına, türk dünyasına olan xoş arzularını bildirdilər.

Konsertdə çıxış edən ustadların hər biri “Zəka və Ülviyyət” Maarifləndirmə İctimai Birliyinin, “Zəka və Ülviyyət” beynəlxalq elmi – ictimai jurnalının təqdim etdiyi  diplomla mükafatlandırıldı.