2022-ci ildə Qatarda keçiriləcək futbol üzrə Dünya Çempionatı zamanı azarkeşlər ənənəvi bədəvi səhra düşərgələrində yerləşdirilə bilər.
Yarışlar zamanı bu ölkəyə 500 min azarkeşin gələcəyi güman edilir.
"Bu Dünya Çempionatının əsasında Orta Şərqin dostluğunu və qonaqpərvərliyini göstərmək dayanır", – deyə FİFA-nın sözçüsü deyib.
"Buna görə də biz azarkeşlərin ulduzlar altında yatması təklifini dəyərləndiririk", – o əlavə edib.
Bədəvi düşərgələri tarixən Ərəbistan və Suriya səhralarında yaşamış qəbilələrin evlərindən ilhamlanır.
FİFA 2022-ci ildəki oyunları bu ölkədəki isti hava şəraitinə görə iyun-iyul aylarından dekabra keçirib.