XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 19:27

Qarabağ Hərəkatı təəssübkeşlərlə ilk görüşünü keçirdi

qarabaq herekati

Aprelin 7- də təsis edilmiş Qarabağ Hərəkatı təəssübkeşlərlə ilk görüşünü keçirdi. Aparıcı Sahil Novruzovun tədbiri açıq elan etməsindən sonra vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Sahil Novruzov Qarabağ Hərəkatının yaranma zərurətindən söz açdı. Qarabağ problemi ətrafında gedən danışıqlar və prinsiplər haqda hərəkatın İdarə Heyətinin üzvü Ruslan İzzətli çıxış etdi.

O, 80-ci illərin sonlarından başlayan bu prosesdə Bişkek protokolu, Madrid prinsipləri, Kazan sammiti və nəticələr haqda danışan İzzətli ümumiyyətlə Qarabağ propaqandasının aparılmamasından söz açdı. Problemin həlli yönündə konfliktologiya institunun yaradılması, həmçinin xarici siyasət konsepsiyasının hazırlanmasının vacibliyini, “Qarabağ muzeyi”nin təşkil edilməli olduğunu vurğuladı.

Qarabağ Hərəkatı başqanı Vasif Qurbanzadə isə vətəndaşların itirilmiş torpaqları tələb etməməsinə diqqət çəkdi. Qarabağ məsələsinin böyük bir projenin tərkib hissəsi olduğundan və bu məsələdə dövlətlə bərabər xalqın da fədakarlıq göstərməli olduğundan, mütləq beyin mərkəzi formalaşdırılmalı olduğundan danışdı.

“Bu prossesdə Azərbaycan hakimiyyətinin dayanıqlı və hesablanmış siyasət yürütməsi ən vacib məsələdir. Əsrdən artıqdır ki, Ermənistan həm zərərverən həm də iddia edən tərəfdir. Buna cavab olaraq Azərbaycan dövləti nə ki qarşılayıcı tədbir görməyib, hətta Qərbi Azərbaycan ərazisindən deportasiya və məcburi köçkün edilmiş soydaşlarımızın qaçqın statusunu ləğv etməklə bu prossesi ermənilərin xeyrinə bir az da yumşaldıb. Beynəlxalq aləmdə bu məsələnin təbliğatı ümumiyyətlə olmayıb ki bu da Azərbaycan dövlətinin erməni məsələsində ciddi uğursuzluğudur.

Azərbaycan hökuməti ermənilərin Qarabağ iddiasına qarşı Qərbi Azərbaycanlıları təşkilatlandırıb meydanlara çıxarmalıdır ki, onlar beynəlxalq aləmi öz ata-baba yurdlarına qayıtmaq istəklərindən xəbərdar etsinlər. Və bu proses o qədər genişlənməlidir ki, xaricdə yaşayan azərbaycanlıların həqiqi həmrəyliyinə nail olunmalı,  dünyanın güc mərkəzlərində davamlı mitinqlər keçirilməli, İrəvan, Zəngəzur, Göyçə-Dərələyəz və Qarabağa azərbaycanlıların qayıtmaq istəyi elan olunmalı və bu prossesin qaçılmazlığı konkret tələblər şəklində qoyulmalıdır.- dedi Vasif Qurbanzadə.

Həmçinin Diasporlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyətsizliyndən, sosial-iqtisadi vəziyyətin qənaətbəxş olmamasından və.s bəhs edən Qurbanzadə Qarabağ məsələsinin geosiyasi əhəmiyyətinə diqqət çəkərək dövlətdə mövcud olan bütün neqativ halların Qarabağ məsələsinə birbaşa və ya dolayısıyla təsiri olduğunu söylədi.

Sonda tədbir iştirakçılarının sualları cavablandırdı.