"ASAN xidmət"in səyyar briqadası Sədərək Ticarət mərkəzində fəaliyyətə başlayıb.
Strateq.az xəbər verir ki, bunu ticarət mərkəzinin mətbuat katibi tanınmış şair-publisist Kəmaləddin Qədim bildirib.
Onun sözlərinə görə, burda çalışan sahibkarlar və müştərilər bu xidmətdən səmərəli şəkildə yararlana biləcəklər: “Onu da qeyd edək ki, burda “ASAN xidmət”in öz funksiyasını həyata keçirməsi üçün yüksək səviyyədə şərait yaradılıb. Xidmət may ayının 2-dən 17-nədək davam edəcək.Maraqlananlar müraciət edə bilərlər”.