XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

09 May 2016 - 00:23

Hitlerin “Barbarossa” planının orjinal variantıaçıqlandı

barbarossa planı

Rusiya Müdafiə Nazirliyi Böyük Vətən Müharibəsində Qələbənin 71 illiyi ilə əlaqadar bir sıra maraqlı sənədləri açıqlayıb.

Strateq.az  bildirir ki, Naziriliyinin  saytında Hitler Almaniyasının 2-ci dünya müharibəsindəki ən məşhur sənədi – “Barbarossa Planı”nın orjinalı yerləşdirilib. Müharibədən sonra Hitlerin bunkerindən qənimət kimi ələ keçirilən bu sənəd SSRİ-yə qarşı elan edilən müharibənin əsas planı olub. 1941-ci ildə Hitlerin təsdiq etdiyi “Babrbarossa planı”na əsasən “ildırımsürətli müharibə” taktikası ilə SSRİ 3 ay ərzində işğal olunmalı idi.

Xəritədə alman –faşist və sovet ordusunun yerləşmə yerləri, hucum obyektləri və qoşun, texnikanın hərəkət istiqamətləri əks olunub.