XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

20 May 2016 - 13:29

Qəbələdə Meksikalı rəssamın sərgisi keçiriləcək

meksika icra

“Meksika və Azərbaycanın müxtəlif sahələr üzrə əməkdaşlıq etmək üçün böyük potensialı var”.

Bu fikri Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Qəbələ rayonuna səfəri zamanı, rayonun İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə keçirdiyi görüşdə səsləndirib.

Meksikanın ölkəmizdəki səfirliyindən Strateq.az-a bildiriblər ki, görüşdə İH başçısı Qəbələnin qədim tarixindən, onun Azərbaycanın turizm və sənayə sahələrinin inkişafındakı rolundan söz açıb. Rayonun infrastrukturun yenilənməsi və müasirləşdirilməsinə yönələn son işlər diqqətə çatdırılıb, bunun əsasında Qəbələnin turistlərin axın məkanına çevrilməsi vurğulanıb. Səfir Labardini ikitərəfli münasibətlərin inkişaf dinamikasını qeyd edərək, turizm sektoru daxil olmaqla, müxtəlif sahələr üzrə təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyindən danışıb. Diplomat Meksikanın il ərzində 30 milyondan artıq turisti qəbul etdiyini və dünyanın 10 ən çox ziyarət olunan ölkələrindən biri olduğunu xatırladıb.

Görüş zamanı 14 iyunda Qəbələ şəhərində meksikalı rəssam xanım Marqarita Moralesin sərgisinin keçirilməsi barədə razılıq əldə olunub.

Səfər zamanı meksikalı diplomat Qəbələ Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib.

L.SƏMLA

meksika qebele