XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 17:43

Havası təmiz və çirkli olan şəhərlər bunlardır –Dünya Səhiyyə Təşkilatı

 

cirkli hava

 

Dünya Səhiyyə Təşkilatı (DST) inkişaf etməmiş ölkələrdə havanın tədqiqi nəticələrini açıqlayıb.

Bu nəticələrə görə, az inkişaf etmiş ölkələrin böyük şəhərlərində 2 faiz istisna olmaqla havanın təmizliyi DST standartlarına uyğun gəlmir. Böyük şəhərlərdə əhalinin 80 faizi tərkibində tüstü və zəhərli qazlar qarışığı olan çirkli hava ilə nəfəs alırıq.

AZƏRTAC DST-yə istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı yanında ictimai sağlamlıq departamentinin rəhbəri Mariya Neyra sənayenin inkişafı və texniki tərəqqi ilə əlaqədar havanın və ətraf mühitin ümumi çirklənməsinin artdığını bəyan edib. Onun sözlərinə görə, bəşəriyyət günbəgün öz sağlamlığına daha çox və əsasən də bərpa edilməyən zərər vurur. Son vaxtlar inkişaf etmiş sənayeyə malik şəhərlərin administrasiyası bu problemə daha çox diqqət ayırmağa çalışır. Əgər onlar vəziyyəti yaxşı tərəfə dəyişə bilsələr, onda adamlarda daxili orqanların qorxulu xəstəlikləri xeyli azalacaq. Bütün müəssisələr mütləq qaydada öz təmizləmə sistemlərini effektiv filtrlərlə təchiz etməli, şəhər və şəxsi nəqliyyat isə ekoloji təmiz yanacağa keçməlidir. Bu cür tədbirlər yaxın illərdə şəhərlərdə ekoloji, xüsusilə hava ilə bağlı vəziyyəti yolverilən çərçivəyə sala bilər. Dünya Səhiyyə Təşkilatı beş il ərzində böyük şəhərlərdə apardığı hava tədqiqatlarını dərc edib.

Mütəxəssislər müxtəlif inkişaf səviyyəsinə malik 70-dək ölkədə vəziyyəti öyrəniblər, havanın çirklənmə dərəcəsi təxminən 800 şəhərdə araşdırılıb. Bu işin yekunundan görünür ki, inkişaf etmiş ölkələrdə ekoloji vəziyyət xeyli yaxşıdır. Ən pis göstəricilər Şərqi Aralıq dənizi və Cənub-Şərqi Asiya ölkələrində qeydə alınıb. Bu ölkələrdə ekologiya normaları 5-10 dəfə pozulub. Nigeriya, Hindistan, Pakistan və Səudiyyə Ərəbistanı çirklənmə dərəcəsinə görə “liderlik” edir.

Dünyanın ən təmiz şəhərləri Amerika, İspaniya və Kanadanın dağlıq yerlərinin kiçik şəhərləridir. Finlandiyanın bir neçə rayonunun sakinləri də rahat yaşaya bilərlər.