XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 16:48

Sosial məsələlərin həllində incəsəntdən istifadə təşviq edilir –Layihə

Naila-tedbir-3

Yarat Müasir İncəsənət Mərkəzində müxtəlif yaş qrupundan olan uşaqların iştirakı ilə “Mən də sənin kimiyəm” devizi ilə  master klass keçirilib.  Master klass “Konstitusiya” Araşdırmalar Fondunun “MitOst” Assosiasiyasının dəstəyi ilə həyata keçirdiyi  “İncəsənət sosial inkişafda vasitə kimi”  layihəsi çərçivəsində baş tutub.  Layihənin məqsədi sosial məsələlərin həllində incəsənt vasitələrindən istifadə edilməsinin təşviqidir.

Tədbirdə Bakı və Sumayıtdan olan məktəblilər, habelə sağlamlıq imkanları məhdud gənclər iştirak ediblər. İştirakçılar ilk növbədə arzuladıqları ideal cəmiyyətin 3 əsas elementini müzakirə ediblər və yaşadıqları cəmiyyətdə dostluq, sülh, bərabərlik, inam və s. önəmli olduğunu vurğulayıblar. Eyni zamanda iştirakçılar uşaqların xoşbəxt yaşaması üçün ətraf mühitin qorunmasını vacibliyinə diqqət çəkiblər.

Proqramın məqsədlərindən biri də,  belə inteqrasiya yolu ilə cəmiyyətin müxtəlif qruplarında təmsil olunan gənclər arasında əməkdaşlığa zəmin yaratmaqdır. “Bu müzakirələr göstərdi ki, əslində biz bir-birimizə çox bənzəyirik, və yaşamaq istədiyimiz cəmiyyət modeli də çox oxşardır. Həmçinin bu təşəbbüs vasitəsilə bir daha vurğulamaq istəyirik ki, sağlamlıq imkanlaırnın məhdudluğu cəmiyyətin fəal üzvü olmaq üçün maneə deyil. Əksinə birlikdə daha boyük uğurlar qazanmaq mümkündür”, – deyə proqramdan bildiriblər.

 

Naila-tedbir-2

Naila-tedbir-1

Strateq.az