XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

26 Avqust 2016 - 15:34

Qubadlı qadınları məişət zorakılığı və erkən nikahları müzakirə edib – Layihə

saw-1-16-16

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “Məişət zorakılığı və erkən nikahların aradan qaldırılması üçün fəaliyyətlərin gücləndirilməsi”  layihəsinin icrasına başlayıb.  

Layihənin məqsədi məişət zorakılığı və erkən nikahların azaldılması istiqamətində  bu problemlə məşgul olan qrumlarların səylərini birləşdirmək və fəaliyyətləri artırmaq  üçün birgə əməkdaşlığı gücləndirilməkdir

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi  layihə  çərçivəsində 26 avqust  2016 ci il tarixdə Qubadlı rayon  2 saylı tam orta məktəbdə  35 nəfərin iştirakı ilə dəyirmi masa keçirib. Tədbirin keçirilməsində məqsəd qadınları məişət zorkılıgı və erkən nikahların qarşısının alınması yolları və qanunvericilik barədə maarifləndirmək , məişət zorakılıgı və erkən nikah qurbanlarına yanaşma tərzini dəyişməkdir.

Dəyirmi masa  iştirakçılarınin seçimi zamanı onların yaşadıqları yerin sakinləri ilə daha çox ünsiyyətdə olmaları əsas götrülüb. İştirakçıların dəyirmi masada topladıqları informasiyanı icma üzvləri ilə paylaşmaları nəzərdə tutulur. 

“Qadınlar Arasında Həmrəylik” İB-nin  sədri Ruhəngiz Hüseynova  tərəfindən layihənin məqsədi, vəzifələri haqqında iştirakçılara  məlumat verib.  Layihənin eksperti Könül Quliyeva məişət zorakılığı, zorakılığın növləri, erkən nikah və onun fəsadları, qanunverilicikdə nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Muzakirələr zamanı tədbir iştirakçıları ailə zorakılıqlarının və erkən nikahların aradan qaldırılması ilə bağlı müəyyən təkliflər veriblər. 

Dəyirmi masada Qubadlı rayonu İcra hakimiyyətinin başçısının müavini Xoşqədəm Əliyeva,  təhsil , səhiyyə, mədəniyyət  sahələrini təmsil edən  Qubadlı rayon ictimayyətinin aktiv  qadınları  iştirak ediblər.

saw-2-16-16

Strateq.az