XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

16 Sentyabr 2016 - 13:23

Azərbaycanda Meksikanın müstəqillik günü qeyd olunub

meksika-bayram

 

Meksikanın Azərbaycandakı səfirliyi ölkəsinin Müstəqillik Günü ilə bağlı rəsmi qəbul təşkil edib. Artıq ikinci dəfədir ki, Meksikanın Azərbaycanda bu mərasimi baş tutur.

Bayram münasibəti ilə keçirilən qəbulda əvvəlcə H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin nümuməvi orkestrinin ifasında Meksikanın məşhur musiqilərinə yer verildi. Daha sonra isə hər iki ölkənin dövlət himnləri səsləndirildi. Səfir Xuan Rodrigo Labardini Flores ölkəsinin tarixindən danışaraq, Azərbaycanla olan əlaqələrdən bəhs etdi. Meksika ilə Azərbaycan arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu xatırladaraq, hər iki ölkənin səfirliklərinin Mexiko şəhəri və Bakıda müvafiq olaraq 2007-ci və 2014-ci illərdə açıldığini və bununla da ticarət, təhsil, mədəniyyət və digər sahələr üzrə ikitərəfli əlaqələrin inkişafına təkan verildiyini vurğuladı.

“Bu gün Meksika digər xüsusiyyətləri arasında dünyanın 14-cü iqtisadiyyatı olduğundan beynəlxalq arenada xüsusi bir yer tutur. Mexiko şəhəri ölkənin ən vacib və Latın Amerikasının boyük nüfuza malik bir iqtisadi və maliyyə mərkəzidir. Bundan əlavə müasir dünyada tutduğu mövqe ilə yanaşı, Meksika xalqının minilliklər tarixi vardır. Ölkənin mədəniyyəti və adətlərinin kökləri qədim zamanlara yönəlir. Meksika mədəniyyəti özündə xalqın fərqləndirici cəhətlərini qoruyur və nümayiş edir və bunun ölkə ərazisinin ilk sakinləri olan yerli qədim xalqların mədəniyyətinə əsasladığını göstərir. Meksika hal-hazırda dünyada bir sıra məhşur məhsulların – qarğıdalı, pomidor, lobya, vanil, şokolad, tekila və s. vətənidir”. Oktyabr ayının 1-də Meksika səfirliyinin Azərbaycandakı fəaliyyətinin  2-ci ilini qeyd edəcəyini xatırladan səfir dedi ki, sözügedən müddət ərzində bu diplomatik nümayəndəlik Meksika mədəniyyəti, mətbəxi, kinosu, incəsənəti və turizm sahəsini daha yaxından tanımaq imkanını yaradan müxtəlif tədbirlər təşkil edib. Qeyd olunan tədbirlər yalnız paytaxt Bakıda deyil, həmçinin Azərbaycanın müxtəlif rayonlarında baş tutub: “Bu ilin iyun ayında meksikalı rəssam Marqarita Moralesin sərgisi Şamaxı, Qəbələ, Mingəçevir və Gəncə şəhərlərində nümayiş olundu. Odlar Yurdundan ilhamlanaraq rəssam bəzi əsərlərini məhz Azərbaycanda yaratdı”.

Azərbaycan hökuməti adından Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov milli bayram münasibətilə Meksika xalqını təbrik edərək, ölkələrimiz arasındakı münasibətlərin önəm daşıdığını vurğuladı. O, eyni zamanda Meksika Senatında Xocalı soyqırımının tanınması ilə bağlı sənədin qəbul edildiyini xatırladaraq Azərbaycanla Meksika  arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün yaxşı perspektivlərin olduğunu söylədi.

L.SƏMLA

meksika-bayram02