XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2016 - 16:12

“Qiyamçı müstəntiq” Rüfət Səfərov həyatına təhlükə olmadığını deyib –Vəkil

rufet-seferov

Mühacirətdə olan jurnalist İdrak Abbasov facebook səhifəsində Zərdab rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun həyatı üçün təhlükə yarandığını bildirib.

“Bakıdan çox etibarli mənbə mənə məlumat verdi ki, şərlənərək həbs edilən üsyankar müstəntiq Rüfət Səfərovon həyatına ciddi təhlükə var. Rüfət Səfərovun kamerasina 18 il həbs cəzası almış Samir adli bir residivisti salıblar. Həmin Samirə Rüfət Səfərovu qətlə yetirəcəyi təqdirdə azadlıq vəd edilib”, -deyə o facebook səhifəsində qeyd edib.

Vəkil Bəhruz Bayramov sentyabrın 19-da 1 saylı Bakı İstintaq Təcridxanasında Rüfət Səfəfrovla görüşüb. O “Amerikanın Səsi”nə müsahibəsində Rüfət Səfərov həyatı üçün təhlükə hiss etmədiyini bildirib: “Səhhəti də normalıdr, saxlanma şəraitindən də narahatlığı yoxdur”, -deyə o qeyd edib.

Vəkilin sözlərinə görə, təcridxananın rəisis Rəşid Səfərov Rüfət Səfərovu qəbul edib: “Rüfət Səfəfrov həqiqətən 18 il 6 ay azadlıqdan məhrum edilmiş hərbçi ilə eyni kamerada saxlanılır. Təcridxananın rəsis Rüfət Səfərovdan narahatlığının olub-olmamasını soruşub. Rəşid Səfərov deyib ki, Rüfət Səfərovun təhlükəsizliyi nəzarətçilər tərəfindən qorunur. Əgər narahatçılığı varsa ərizə ilə müraciət etsin başqa kameraya köçürsünlər. Rüfət hələ buna ehtiyac olmadığını bildirdi”.

Vəkil Səfərovla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verdiyini bildirib.

“Məhkəmə hökmündən 10 gün keçməsinə baxmayaraq hələ də hökmün surətini göndərməyiblər. Apellyasiya şikayəıtinin vaxtı keçdiyi üçün biz hökmün surətini gözləmədən apellyasiya şikayəti verdik. Hökmü alandan sonra şikayəıtimizi daha da geniş şəkildə yazacağıq”, o qeyd edib.