XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 19:20

Britaniyalı atlet İslam dinini təhqir etdiyinə görə hansı cəzanı alacaq? –Bəyanat

luis-smit

“Rio-2016” Olimpiya Oyunlarının idman gimnastikası üzrə gümüş mükafatçısı Luis Smit yarışlardan kənarlaşdırıla bilər.

Buna səbəb Böyük Britaniya atletinin İslam dininə rişxənd etməsidir. Məlum olub ki, nəhəng turnirin yekununda teleşirkətin əlinə britaniyalı idmançının bu hərəkətlərini isbat edən video görüntü keçib.

Həmin kadrda Smit hazırda karyerasını başa vurmuş digər ingiltərəli gimnast Lyuk Karsonun dua etməsini parodiya edib. Hadisədən sonra səbəbkar baş verənlərlə bağlı dərin xəcalət keçirdiyini etiraf edib.

Məsələdən xəbərdar olan bu ölkənin İdman Gimnastikası Federasiyası bəyanatla çıxış edib.

Bildirilib ki, atletin bu hərəkəti onun bütün yarışlardan məhrum edilməsi və təşkilatdan kənarlaşdırılması ilə nəticələnə bilər. Daha sonra üzə çıxıb ki, 27 yaşlı gimnastın bundan əvvəl də digər təxribat yönlü hərəkəti olub.

Qeyd edək ki, britaniyalı idmançı Olimpiya Oyunlarının dördqat mükafatçısıdır. Onun hesabında iki bürünc (“Pekin-2008”, “London-2012”) və iki gümüş (“London-2012”, “Rio-2016”) medal var.

Azərtac