XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 14:56

Dini ekstremizmlə məşğul olan dini qurumlar ləğv ediləcək –Məhkəmə qaydasında

meclis-1

Azərbaycanda dini ekstremizmlə məşğul olan dini qurumlar məhkəmə qaydasında ləğv ediləcək.

Bu, bu gün Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan "Dini etiqad azadlığı haqqında” qanuna əlavə edilməsi nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.

Hazırda dini mərkəz və idarələr dini qurumların dini ekstremizm fəaliyyəti ilə məşğul olması barədə məlumata malik olduqda həmin dini icmaların və təsisçilərinin dəyişdirilməsi və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırır. Dəyişikliyə əsasən, bundan sonra dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan ediləcək.

Qanuna dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

APA