Böyük Britaniyanın "Kingstone" nəşriyyatı xristianların müqəddəs kitabı Bibliyanın komiks versiyasını hazırlayıb.
Strateq.az xəbər verir ki, Müqəddəs Yazıların qrafik novellalar şəklində buraxılışına 45 rəssam 7 il vaxt sərf edib.
Nazik üzqabıqlı 12 cild və ya qalın üzqabıqlı üç cilddən ibarət kitab haqqında nəşriyyatın banisi Art Ayris deyib:
"Layihəmizi ənənəvi Bibliyanın əvəz etmək kimi nəzərdən keçirmirik. Bu, yalnız insanların Müqəddəs Yazıları yeni işıqda "görməsinə" üçün yaradılmış köməkçi əlavədir".
A.Ayris əlavə edib ki, dinə yenicə maraq göstərənlərə kitab hekayətlərin bəzi əsas məqamlarını anlamaqda kömək edəcək. Bundan əlavə, qrafik versiya yeniyetmələrin də Bibliyanı anlamasını asanlaşdırır.
"Bizim Bibliya Müqəddəs Yazıya qeyri-ortodoksal yanaşmadan ibarətdir, lakin biz dini ehkamçılıqda çox ortodoks olmağa çalışdıq".
M.Rzasoy