XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2016 - 11:26

Ayətullah Sistaninin İŞİD-lə döyüşənlərə 20 əmri –Tam mətn

sistani

Ayətullah Sistani fitvasında İŞİD-lə döyüşənlərə 20 əmr buyurub.

Strateq.az fitvanın tam mətnini oxuculara təqdim edir:

"Bismillahir-Rəhmanir-Rəhim. Aləmlərin Rəbbinə həmd olsun, yaradılmışların xeyirlisi Məhəmmədə (s.) və onun pak Əhli-Beytinə səlat və salam olsun. Allah-Təalanın döyüş və cihada getmək lütfü nəsib etdiyi mücahidlər bilməlidirlər ki:

1. Allah-Təala möminləri cihada çağırıb, onu dinin bir dirəyi qıldığı, mücahidləri evlərində oturanlardan üstün tutduğu kimi, cihada da ədəb və hədd gətirib. Sizlər hikmətə və fitrətə uyğun olan bu ədəbləri bilməli və onlara riayət etməlisiniz. Kim bu hədlərə layiqincə riayət edərsə, ilahi lütfə və bərəkətə nail olar. Bu ədəblərə riayət etməyənlərin isə savabı və mükafatı azalır və onlar istəklərinə çata bilməz.

2. Cihadın hər kəsə tətbiq olunacaq ümumi ədəbləri vardır. Rəsuli-Əkrəm döyüşə getmədən əvvəl səhabələrinə bu ədəblərı tövsiyə edib.

3. İslam düşmənləri ilə döyüşün da özünə xas ədəb və əxlaqı vardır. Bu məsələni İmam Əlinin (ə.) həyatında, xütbələrində və nitqlərində müşahidə etmək mümkündür. Onun cəmiyyəti də onun sözlərini özləriylə Rəbbi arasında bir höccət sayıb və tərzini və üsulunu izləyib.

4. Allah xətrinə buna riayət edin. Hər nə şərt altında olursa-olsun, Allahın öldürülməsini caiz görmədiklərini öldürməyin. Ən böyük günahlardan biri günahsız insanı öldürməkdir. Ən böyük yaxşılıqlardan və savablardan biri də onların həyatını qorumaqdır. Allah-Təala Kitabında bunu vurğulayıb. Bunu bilin ki, günahsız bir insanı öldürməyin həm dünya həyatı, həm də axirət həyat üçün təhlükəli nəticələri olacaq.

5. Sizinlə döyüşməyənlərin hörmətini, xüsusilə zəif buraxılmış olanların, yaşlıların, qadınların və uşaqların hətta sizinlə döyüşməkdə olanların ailələrinin hörmətini qoruyun. Sizinlə döyüşməkdə olanların ailələrinə, evlərinə və mallarına təcavüzdən çəkinin.

6. İnsanların dinlərinə böhtan atmaqdan, onların məhrəmlərinə hücumdan uzaq durun. Bir zamanlar xaricilərin (həzrət Əli zamanında onunla döyüşmüş xüsusi bir azğın qrup – M.R.) etdiyi kimi və bu anda da dini bilgi məhrumluğu ilə bəzi hədislə özlərincə bənzərlik qurub istismar edərək müsəlmanlara böyük bir bəla olan qrupların etdiklərini etməkdən çəkinin. Bilin ki, kəlimeyi-şəhadət gətirən hər kəs müsəlmandır. Canı, malı və isməti qorunub. Azğınlıqları küfrlərinə səbəb olmadıqca, bidətləri İslamın onlardan getməsinə səbəb olmadıqca və fəsadları qətli və qisası yanaşmanı tələb, bəzi azğınlıqlara və bidətlərə düşmüş olsalar belə …

7. Hansı dindən və ya məzhəbdən olurlarsa-olsunlar, müsəlman olmayanlara hücum etməkdən çəkinin. Çünki onlar müsəlmanların zəmanətindədir. Onlardan hər hansı birinin hörmətini tapdalayanlar xain sayılırlar və xainlik də fitrətdə və Allahın dinində ən çirkin şeydir.

8. Xalqın malları mövzusunda, heç kimsənin başqalarının mallarına sahib olması caiz deyil. Kim başqasının malına əl uzatmışsa, atəşdən bir parçaya əl uzadıb.

9. Bütün ehtiramlar mövzusunda, hər hansı birinə dillə və ya əllə hücum etməkdən qəti şəkildə uzaq durun. Günahı başqalarına atmayın.

10. Sizi qəzəbləndirsələr belə, sizinlə vuruşmayınca başqalarını haqqından məhrum etməyin.

11. Bunu bilin ki, sizinlə döyüşməkdə olanlar başqalarının zəlaləti səbəbi ilə səhv edən kəslərdir. Bu səbəbdən xalqın zehnindəki şübhələri artıraraq sapqınlara kömək etməyin. Davranışlarla və nəsihətlə kifayətlənin, zülmü, təhqiri və düşmənliyi önləyərək bu adamlardakı şübhələri aradan qaldırmağa çalışın. Çünki başqalarının zehnindən qaldırılan hər şübhə onu yaşatmaq, başqasının zehində şübhə yaratmaq isə onu öldürmək kimidir.

12. Kimsə zülmün buraxdığı təsirin ədalətin də qoymadığını sanmasın. Bu düşüncə yaşananlara sürətli bir baxışdan, sonrasını düşünməməkdədir, orta və uzun müddətli nəticələri nəzərə almamamaqdan və millətlərin tarixi, həyatı və ənənələri mövzusunda məlumat sahibi olmamaqdan qaynaqlanır. Halbuki bütün bunlar zülm, cinayət, cəmiyyətin təhdidi mövzularında xəbərdarlıqlarda var və Allahın onların heç gözləmədiyi bir anda onları və hökumətlərini necə yox etdiyini göstərir.

13. Dözümlülük və xətaları bağışlamaq, dəlillərlə sübut etmək, qaydalara və təmiz dəyərlərə riayət etmə, qısa vəd edə ağır zərərlərə səbəb olsa belə, daha yaxşı nəticələr və bərəkət gətirəcək.

14. İnsanlara qarşı qoruyucu və nəsihətedici olun ki, sizi qəbul etsinlər, sizə inansınlar və düşmənlərinizə qarşı sizə kömək etsinlər. Hətta müstəzəf (zəif – M.R.) düşmənlərinizə belə kömək edin. Çünki onlar sizin din qardaşlarınız və ailəniz sayılır. Öz ailələrinizə şəfqətli davrandığınız kimi, onlara da şəfqətli davranın. Bilin ki, Allah sizin nə etdiklərinizi görür, niyyətlərinizi bilməkdə və sizi sınayır.

15. Namazdan qafil olmayın. Çünki Allah qatında heç bir əməl namazdan daha üstün deyil. Namazın əxlaq və davranışlar üzərində böyük təsiri vardır. Allaha şükür etmədir, dinin qorunmasıdır və əməllərin qəbul vəsiləsidir. Allah qorxu və döyüş əsnasında müəyyən şərtlərdə namaz üçün də güzəştlər tanıyıb. Hətta üzü qibləyə durmadan belə namaz qılmaq mümkündür.

16. Allahı çox yad edin. Quran oxuyun, daim Allahla danışın və ona dönəcəyinizi xatırlayın.

17. Peyğəmbərin (s.) və Əhli-Beytin (ə.) əxlaqına bağlı qalın. Müharibə və sülh əsnasında onların əxlaqına görə davranın ta ki beləcə İslam üçün bir dəyər və gözəllik ola bilsin. İslam fitrət nuru, ağıl şahidliyi və əxlaqa riayət üzərinə bina edilib. Ağıl və gözəl əxlaq bayrağını açmış və hər kəsi bu həyatda dünya hallarının təlimçi ibrətlərini düşünməyə çağırmaqda, hüquqi nizamı də dəfn edilən ağıl xəzinələrini, fitri qaydaları təhrik etməyə çalışmaqdadır.

18. Sizi fəlakətə sürükləməməsi üçün təfəkkür və uzaqgörən düşüncə mövzusunda qaçaraq davranmayın. Çünki düşmənlərinizin sizinlə əlaqədar ən böyük ümidi, sizin düşünmədən, fikirləşmədən hərəkət etmənizdir. O halda səflərinizi nizamlı tutun, koordinasiya içində olun və addımlarınızda qaçaraq olmayın. Edəcəklərinizi yüz ölçüb, bir biçin.

19. Düşmənin qalxan olaraq istifadə etdiyi xalqınız, özlərinin xeyrini istəyənləri dəstəkləməli, onlar üçün edilən fədakarlıqları qədrini bilməlidir. Onları incitməməli, bu mücahidlərlə əlaqədar boş və yersiz zənlərə qapılmamalıdır. Bilin ki, heç kim sizi sizin kimi düşünə bilməz və yaxşılığınızı istəyə bilməz. Yaxşı niyyətli və xalis olun, lazım olduğunda də bir-birinizin səhvini nə qədər böyük də olsa bağışlayın. Çünki bir xaricinin özünün, ailəsinin və ölkəsinin yaxşılığını hər kəsdən daha çox istədiyini düşünən bir adam fani fikrə qapılıb. Daha əvvəl sınanmış olan bir şeyi sınamaq istəyən hər kəs peşman olacaq. Bilin ki, bir-birinizi bağışlasanız bunun mükafatı çox olacaq. Allah qatındakı mükafatınız zay olmayacağı kimi Allah onu Bərzəxdə və Qiyamətdə də sizə bağışlayacaq. Kim müsəlmanların gözətçilərini dəstəkləyərsə, ailələrinə sahib çıxarsa, o mücahidlər qədər savab qazanar.

20. Hər kəs boş təəssübünü bir kənara buraxmağa və yaxşı əxlaqa sahib olmağa diqqət göstərməlidir. Allah insanları bir-birini tanısınlar, təcrübələrini və mənfəətlərini bir-birləri ilə bölüşsünlər deyə fərqli millətlər və qövmlər halında yaratmışdır. O halda boş düşüncələrin və özünü bəyənmişliyin sizə qalib gəlməsinə icazə verməyin. Keçmişdə sizin və digər müsəlman ölkələrin başına nə bəlalar gəldiyini, enerjilərinin, güclərinin mallarının və sərvətlərinin bir-birinə zərbə vurmaq və bir-birini yox etmək uğrunda necə yox olduğunu görün. Halbuki bu güc, irəliləmə, inkişaf və müsəlmanların vəziyyətlərinin yaxşılaşdırılması yolunda istifadə edilə bilərdi. O halda yalnız zalımların yaxasına yapışmaqla qalmayacaq fitnələrdən çəkinin. Belə fitnələrin reallaşması halında də onu söndürməyə, alovlarının yayılmasını qarşısını almağa çalışın. Allahın ipinə möhkəm yapışın, bir olun. Əgər Allah sizin içinizdə bir xeyr görsə sizə əldə edəcəyinizə çox daha yaxşısını verəcək. Çünki Allah hər şeyə qadirdir".

M.Rzasoy