XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 November 2016 - 11:28

Şuranın dəstəyilə tələbələr arasında dini radikalizmlə mübarizə təbliğ edilir

xinaliq-1-16

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tələbələrin iştirakı ilə “Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib.

Layihə “Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

Tədbirdə layihə rəhbəri Y. Abayev bildirib ki, layihənin vəzifəsi yeniyetmə və gənclər, həmçinin region əhalisi arasında dini maarifləndirmənin artırılmasına, gənclərimizin radikalizmdən uzaqlaşdırılmasına nail olmaqdır.  Layihə rəhbəri çıxışını mövzu ilə bağlı hazırlanmış slaydların nümayişi ilə davam etdirib.

Sonra Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin Quba Regional şöbəsinin nümayəndəsi  E. Ağasıyev çıxış edərək tələbələrə sözügedən layihə çərçivəsində keçirilən tədbirlərdə verilən məlumatlar və nümayiş etdirilən slaydlar əsasında maariflənməyi tövsiyə edib.

Sonda tədbir iştirakçılarına layihə çərçivəsində dəftərxana ləvazimatları hədiyyə edilib.

Strateq.az