Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz həcc ziyarəti iştirakçılarının sayının artırılması ilə bağlı təklifi dəstəkləyib.
Strateq.az SPA agentliyinə istinadla xəbər verir ki, ölkənin həcc və ümrə naziri Məhəmməd bin Tahir Bəntən bu məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, bu ildən həm ölkədaxili, həm də xarici zəvvarların sayında ciddi artım olacaq. Tahir Bəntən təklifin bir sıra ərəb və İslam dövlətləri nümayəndələri ilə görüşdən sonra qəbul edildiyini vurğulayıb.
M.Rzasoy