XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

10 Yanvar 2017 - 17:21

Səudiyyə Ərəbistanından İrana həcc dəvəti gəlib –Açıqlama

Hecc

İranın həcc məsələləri üzrə müvəkkili Seyyid Əli Qazi Əsgər bildirib ki, iranlı zəvvarların müqəddəs məkanlara ziyarətlərinin bərpası ilə bağlı Səudiyyə Ərəbistanından dəvət alınıb.

Strateq.az xəbər verir ki, ər-Riyad danışıqların tarixini də müəyyən edib və buna müvafiq olaraq İran nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edəcək.

Xatırladaq ki, keçən ildən iranlı zəvvarlar həcc və ümrə ziyarətlərinə yollana bilmir. Buna səbəb İki ölkə arasında siyasi münasibətlərin pisləşməsidir.

M.Rzasoy