XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 12:34

İranlı ayətullahdan islam ölkələrinin rəhbərlərinə bəd dua:“İŞİD-i icad edən bəzi müsəlman hökmranlarını Allah zəlil etsin”

ayetulla

İŞİD-i icad edən bəzi müsəlman ölkələrin hökmranlarını Allah zəlil etsin və bu fitnə onların özlərinə qayıtsın”

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri Tehranın müvəqqəti imam cüməsi Ayətullah Məhəmməd İmami Kaşani  öz xütbəsində bəyan edib.

Onun sözlərinə görə, Yeni Yaxın Şərq icad etmək və İraq və Suriyanı parçalamağı planlaşdıran dünyanın şər qüvvələrinin bütün cəhdləri səmərəsiz olub: “Mosul əməliyyatı tezliklə iraqlıların qələbəsi ilə bitəcək və qatil cinayətkar İŞİD və onların himayədarları məhv olacaqlar”.