XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

26 Yanvar 2017 - 14:32

Rusiyada “hicab” qalmaqalı –Çeçenistan müftisi məktəblərdə hicabın qadağan edilməsini pislədi

hicab

Kreml orta məktəblərdə hicab geymək ətrafındakı mübahisədə tərəf olmaq istəməzdi”.

Bunu Rusiya prezidentinin sözçüsü Dimitri Peskov deyib. Qeyd edək ki, Çeçenistan müftisi məktəblərdə hicabın qadağan edilməsini insan haqlarının pozulması hesab edir.

Çeçenstan prezidenti Ramzan Kadırov da bundan əvvəl Rusiyanın təhsil və elm naziri Olqa Vasilyevanın məktəblərdə hicab geyməyə qarşı olmasından çaşqınlıq keçirdiyini bildirib.

Qeyd edək ki, Rusiyanın Ali məhkəməsi bundan əvvəl məktəblərə dini geymlər və baş örtükləri ilə gəlməyin qadağan edilməsini qanuni sayıb.

“Bilirsiz birincisi biz hazırda bu diskusiyada tərəf olmaq istəməzdik. İkincisi bu məsələyə həqiqətən də müxtəlif yanaşma formaları olub. Səhv eləmirəmsə Stavropol diyarında, Mordoviyada məhkəmə variantı da olmuşdu və onda Ali məhkəmə müvafiq qərar çıxarmışdı. Belə variant da var, qeyri-məhkəmə variantı da. Amma bir daha deyirəm, biz indi bu məsələdə tərəf olmaq istəməzdik”, -deyə Peskov bildirib.