XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 March 2015 - 16:32

İran Həcc Komitəsi: “Minada 4700 zəvvar həlak olub”

hecc-1.jpg

Türkiyə İnternet saytları Iranın Həcc və Ziyarət Komitəsinin rəhbəri Əhvədiyə istinadən Həcc ziyarəti zamanı Minada yaşanan izdihamda ən azı 4700 nəfərin həlak olması haqda açıqlama yayıb.

Əhvədinin sözlərinə görə, hələ indi də 21 TIR-da 3 min cəsəd dəfn və araşdırılmaq üçün saxlanılır. Əhvədi adı çəkilən izdihamda həlak olan iranlı zəvvarların sayının 228-ə, aqibəti bəlli olmayan zəvvarların sayının isə 248-ə yüksəldiyini deyib.

Digər tərəfdən İranın xarici işlər nazirinin müavini Hüseyn Abdullahian Səudiyyə Ərəbistanı rəhbərliyinin “cənazələr həlak olan zəvvarların ölkələrinə göndərməyərək toplu şəkildə dəfn ediləcək” bəyanatına qarşı “qəti şəkildə bunun əleyhinəyik, heç bir halda buna icazə verməyəcəyik” bəyanatını səsləndirib.

Qurban bayramının ilk günü Minada yaşanan izdiham nəticəsində Səudiyyə rəhbərliyi 169 iranlı da daxil olmaqla 769 zəvvarın həlak olması, 934 nəfərin isə xəsarət alması haqda açqılama vermişdi.