XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 19:33

Meksika səfiri Mübariz Qurbanlı ilə görüşdü

mexiko mubariz

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb.

Çoxsaylı sahələr üzrə əlaqələrin inkişafı məqsədilə baş tutan bu görüşdə Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, həmçinin, əsas əməkdaşlıq sahələrindən söhbət açılıb. Komitə sədri rəhbərlik etdiyi qurum və onun funksiyalarından məlumat verib. Bundan əlavə, Azərbaycanda mövcud dini dözümlülük və birgə yaşayış mühitinə toxunub.

Səfir Labardini Meksikada dini icmaların formalaşması tarixi və hal-hazırda ölkəsində dini işlər üzrə məsul olan inzibati strukturlardan danışıb. Görüşün sonunda tərəflər müvafiq ikitərəfli əlaqələrin qurulması və inkişaf etməsinə dair istəklərini ifadə edib.

 Strateq.az