Yeganə qurtuluş yolu özümüzü tanımaqdadır
(I yazı)
Əslində, insanın bütün bəlalarının (istər sağlamlıq, istərsə də şəxsi və ictimai həyatı baxımından) səbəbi onun özü haqqında həqiqi biliksizliyndən, yəni özünü unutmasından irəli gəlir. Bu gün insanların daxilinə cəhalət qaranlığı cökdüyü üçün Dünyamızın da bəlasına səbəb olmuşuq. İnsan qaranlıqda yol gedəndə mütləq maneəyə rast gəlir və zərbə alır. Bu gün biz belə bir yoldayıq, ona görə də özümüzü və Dunyamızı böyük bir uçurum qarşısında qoymuşuq.
Bilik isə gün işığına bənzər, o, bir aydınlıqdır. Atalardan qalma bir xeyir-duamız var: “Yolun aydın olsun! “
Bəhs etdiyimiz bu bilik müdriklikdir. Müdriklik bədənin hansısa bir hissəsinə aid deyil, yəni cismimizə dəxli yoxdur. Əslində, bu, intellektin “üçüncü göz”ü deməkdir. Bu gözün açılması şüurun oyanması, yəni daxili işığın parlaq şəkildə yanması deməkdir. Atalar bu aydınlığı nəzərdə tutublar. İşıqlı yol isə bizi həmişə gözəl gələcəyə aparır.
Fiziki dünyaya gələn bir gündən bizi özümüzə fiziki-bioloji özəlliklərimizə tanıdıblar və biz də özümüzü bu dəyərlərə görə təqdim etmişik: adım, soyadım, yaşım, millətim, dinim. Bunların bir oxşarlığı var ki, doğulanda bunları özümlə gətirməmişəm, başqaları tərəfindən məlumatlandırılmışam, yəni bunlar mənim həqiqi varlığımı yox, sonradan mənə verilənləri bildirir. Lakin bunların varliğindan, yoxluğundan asılı olmayaraq “mən” həmişə varam. Demək, bunlar mənim ötəri göstəricilərimdir, lakin bu dəyişkənlərdən asılı olmayaraq mənim daxilimdə dəyişməz bir varlıq yaşayır. O, dəyişməz və əbədi olduğu üçün də əsildir, həqiqidir. Bu, dərinlikdə olan başqa bir “Mən”dir.
Orta əsrlərdə yaşamiş məşhur türk şairi, böyük övliya Yunis İmrə demişkən: “Bir mən var məndən içəri”.
Həyatımız boyunca bədənimiz üçün çalışırıq. Onun istəklərini, nəfslərini yerinə yetiririk: yedirdir, geyindirir, güzgüdə baxıb fərəhlənir, təmizliyinə diqqət yetiririk. Əslində, unuduruq ki, bütün bunları həyata keçirmək, bacarıq və istedadını göstərmək üçün onu şəxsiyyət kimi təqdim edən daxildəki “mən” dediyimiz varlıqdır və biz onun saflaşmasına və qiymətləndirilməsinə diqqət yetirməyi unutmuşuq.
Gün ərzində neçə-neçə rollar oynayırıq: evdə valideyn, həyat yoldaşı oluruq, işdə işçi rolunu oynayırıq, valideynlərimizin qarşısında övlad, dostlarımızla dostuq və s. Bütün bunlar həyatımızın dəyişkən tərəfləridir. Lakin daxilimizdəki “mən” heç vaxt dəyişmədən bizi uşaqlıqdan qocalıq dövrünə qədər muşayiət edir. O həmişə bizə vəfalı olur, gəlin, biz də ona vəfasızlıq etməyək.
İnsanın mənəvi zənginliyi – vicdanı, təmkini, sadəliyi, şahanəliyi, vüqarı və müsbət halları – hüzuru, xoşbəxtliyi, sevinci bu kiçicik, görünməz incə “Mən”də qərarlaşıb. Baxın, bizim nə qədər gözəl dəyərlərimiz, daxili sərvətimiz var. Gəlin, onu dəyərləndirməyə, onun təmizliyinin qayğısına qalmağa, onun qədrini bilməyə daha çox fikir verək. Əzəl “Mən”i sevməyi öyrənək. Əslində, bizim xilasımız bundadır. Bunun üçün hər birimiz özümüzdən başlamalıyıq, necə deyərlər, “Dunyanı gözəl görmək istəyirsənsə, özündən başla”!
özündən başla….
Bu gün hər birimizin dünyasına nəzər salsaq, orada zəmanəmizdən, insanlardan, həyatımızdan narazılıqlarla dolu münasibət görə bilərik. İçimizdəki “nədən”lərin, “niyə?”lərin bizi daha çox üzdüyünün şahidi olarıq. Hec fikirləşirikmi, bəlkə, bizim də iç dünyamızda bütün bunları yaradan səbəblər var? Heç çalışmısınızmı, həm özünüzə, həm insanlara qarşı bu münasibəti dəyişəsiniz? Əgər yox, onda bunu təcrübədən keçirməyə dəyər.
Peyğəmbərlərimiz, dahi insanlar dünyaya 6 aspektdən baxmağı bacardıqları üçün kamilliyə çatmışdılar. Onlar bəndələrdən nə qədər ağır zərbələr alsalar da, qəlblərində “Axı niyə?” sualı doğmadı, çünki onlar Yaradanı və yaradılanı yalnız sevməyə qadir idilər. Bu sevgi onların xilaskarı olmuşdu və çəkdikləri əzab-əziyyətlərə baxmayaraq, şeytan onlara qalib gələ bilməmişdi. Yaradan onların timsalında bizə insanın gücünü, böyuklüyünü göstərmişdi. Bu güc içimizdə tükəndiyi üçün bu gün “nədən?”, “niyə” torunda çapalayırıq. Bu tordan xilas olmaq gərəkdir.
Bəs nədən başlayaq? Əvvəlcə “Mən kiməm?”in sirrini açmalıyıq.
Mən məni tamamilə tərk edib, bir ovuc torpağa çevrilən bu bədən deyiləm… Yox! Yaradan bizə qarşı çox mərhəmətlidir. Biz də Yaradan kimi həqiqətik, deməli, həm də əbədiyik və biz həqiqəti bədəndə yox, başqa yerdə axtarmalıyıq. .
O həqiqətin adı ruhdur. O həm də şüurdur. Əgər ruh cismimizə can verıb, onu hərəkətə gətirirsə, demək, o, enerjidir, həm də tanıdığımız fiziki enerjidən fərqli olaraq çanlı enerjidir. Buna həyat enerjisi də demək olar. Bu enerjinin ilahi nuru, ilahi güçü var. O həm düşünməyə, həm müşahidə etməyə, həm təhlil etməyə, həm qərar verməyə, həm də nəyisə həyata kecirməyə qadirdir. Sonra da bütün bunları əbədi yazı şəklində öz yaddaşında qoruyub saxlayandır. Bu, ruhun roludur – həmişə dediyimiz “tale yazısı” ruhun rolu deməkdir. Ruh bu rollarını oynamaq üçün alət kimi bədəndən istifadə edir. Ruh gözlərin köməyi ilə görür, qulaqların vasitəsilə eşidir, ağızdan danışmaq üçün istifadə edir və başqa orqanlardan da həmçinin. Elə ki ruh rolunu oynayib tamama yetirir, bədəni tərk edir.
Yeni biliyin işığı
İnsanin kainat və özü haqqında biliyi səthi oldüğu üçün həyata münasibəti də səthi olur. Bu da onu həyatdan həzz almaq, xoşbəxt olmaqdan məhrum edir və çox vaxt həyatin iztirablarını dadmalı olur. Ona görə də həyat insanlar üçün hal-hazırda həzzdən çox işgəncəyə, mübarizəyə çevrilib. Bu mübarizədən xilas olmağın yeganə yolu insan şüurunda çevriliş etməkdir, yəni insanin özü, maddi dünya haqqında həqiqi biliyi olmalıdır ki, həyata baxışı dəyişsin.
Haqqında danışacağımız yeni biliyin insanlara bəxş etdiyi sərvət bu həqiqətin açıqlanmasındadır. Əslində, bu bilik insan beyninin məhsulu deyil. Bu bilik insana həyat stilini dəyişməyə və həyatdan həzz almağa kömək edir. Minlərlə insan bu biliyin köməyi ilə həyatında boyük dəyişikliklər etmiş, daxili potensiallarını üzə çıxartmışdır. Bunlar danılmaz və real faktlardır.
Bu günə kimi gerçəkliyi hiss orqanlarımızın duya bildiyi şəkildə anlamişiq. Həmçinin insanın varlığına baxışımız da, hətta xəstəliyə qarşı mübarizəni də çismani səviyyədə apardığımıza görə “nailiyyətlər” göz qabağındadır (Həkimlərin özlərinin də xəstəliklərdən əzab çəkməsi buna misaldır.)
Bizim səhvimiz şüurumuzun daha dərin, incə, müdrik bir varliq olduğunu unutmağımızdadır. İnsan varlığının ən böyük sərvəti məhz şüurdur. Unutmuşuq ki,
hiss orqanları, əslində, şüura tabedir və bu unutqanlıq hiss orqanlarının insan üzərində hegemonluq etməsinə gətirib çıxardır. Yəni hiss orqanlarımız həyatımıza sahiblik edir, meydanda istədikləri kimi atlarını çapırlar. Bu biliyin köməyi ilə biz onların yüyənini dartıp onları idarə etməyi öyrənəcəyik.
Ruh bu dünyaya ona təyin olunmuş rollarını ifa etmək üçün gələndə 8 universal güçlə təmin olunur. Lakin roldan-rola keçdikcə bu güç sərf olunur və qaynaqla əlaqəsi olmadığına görə bu güç getdikcə azalır. Bu gün gücümüz tükənmək üzrədir, bu həm də bədənin həyat qidasıdır. Ona görə də bədənimiz bizi incitməyə başlayıb. Bu qidanin sürətlə azalmasının əsas səbəbi düşüncələrimizin səhv olmasıdır. Səhv düşüncələr qatı düşmən kimi ruhun halına ağır zərbələr vurur. Biz isə səhv, mənfi düşüncələrimizlə hər dəfə qapıları açıb, düşmənləri içimizə buraxır, ruhun darmadağın olmasına şərait yaradırıq. Ruh artıq özünü müdafiə edə bilmir, çünki əzəli qüvvələri artıq tükənib, onun xilası yalnız yenidən Mənbəyə qoşulmaqdadır. Bu Mənbə bütün varlığı işıqla, güclə təmin edən Ali Mənbədir. Biz buna nail ola bilsək, itirdiyimiz əzəli qüvvələri yendən bərpa etmiş olarıq. Bu o deməkdir ki, ruhumuz qidalanıb möhkəmləndikcə müdafiəsi artacaq və cismi də xilas etməyə gücü çatacaq. Bədənin zəif, ya qeyri-sağlamlığından asılı olmayaraq ruh yazılmış rolunu tamamlamalıdır.
Qeyd etdik ki, ruha vurulan zərbələr düşüncələrimizdən başlanır. Ona görə də düşüncələrimizin təmizliyi ilə məşğul olmaq atacağımız ən vacibli addımdır.
Bunun üçün ölçüsünə görə cox kiçik, dəyərinə görə əzəmətli olan varlığa – daxilimizdəki “Mən”ə müraciət etməliyik. Onunla təmas qurmalıyıq. Ən düzgün yolu bizə həmişə vəfalı qalan əzəli təbiətimiz, yəni dərinlikdə öz taxt-tacında şahanəliklə oturub bizim ona müraciət etməyimizi gözləyən ruhumuz göstərə bilər. O, heç vaxt səhv etmir.
Onunla təmas qurmaq elə də çətin bir texnika deyil. Bunun üçün ən vacibi daxili sükut halını almağı öyrənməkdir, yəni bizi narahat edən bütün fikirləri müvəqqəti də olsa, bir kənara qoyuruq. Bu fikirlər sanki yüyəni boşalmış və çapan (özü də bilmir, hara çapır) atlara bənzər. Siz sanki var gücünüzlə (yəqin ki, buna bir qədər güc sərf eləməli olacaqsınız , amma bu sizi qorxutmasın) yüyəni dartıb atları dayandırırsınız və təsəvvür edin ki, bu atlardan hər biri sizin bir hiss orqanınızdır.
Atları tamamilə sakitləşdirəndən sonra bir müddət çalışın ki, bu sükut halını saxlaya biləsiniz və onda içinizdəki “Mən”ə müraciət edin. Əvvəlcə ondan üzr istəyin, onu çox sevdiyinizdən, ondan bir də hec vaxt ayrılmayacağınızdan və bundan sonra yalnız onun qiymətli dəyərlərindən istifadə edəcəyinizdən danışın. Fəqət yalnız bunlar tam səmimi olmalıdır. Sonra isə onu dinləməyə, o səsi duymağa çalışın, çünki sizi xeyirli, uğurlu yola aparan o səsdir.
Bu halı, yəni sükut halını və özünüzlə qurduğunuz təması tez-tez təkrarlayın ki, həyatınızın vərdişinə çevrilsin. Təkrarlanan vərdiş isə sizin xasiyyətinizi formalaşdıracaq. Bu sizin qalibiyyətiniz olacaq. çünki hər sükut halında müşahidəçiyə çevriləcəksiniz. Bu sizə kənardan özünüzü, səhvlərinizi görməyə kömək edəcək.
Sərrast müşahidəçilik sərrast da təhlilə gətirib çıxarir. Düzgün təhlil olunmuş bir hadisə isə düzgün də həllini tapır və bundan öncə sizi narahat edib, sevincinizi əlinizdən alan hər hansı bir problemin həllinə gətirib çıxardır.
Bu təcrübəni tez-tez həyatınıza tətbiq edə bilsəniz, təmkin, səbir kimi gözəl keyfiyyətləri qazanmış olacaqsınız. Bu keyfiyyət, haqqında danışdığımz 8 universal gücdən biridir. Həyatınızdakı uğursuzluqlar, səhvlər, xəstəliklər həm də itirilən səbirsizliyinizin nəticəsidir.
Aldığınız məlumatlar yeni bilik haqqında ümumi və səthi informasiyalardır. Əgər yeni biliyin dərinliklərinə baş vurmaq istəsəniz, yazılarımızı ardıcıllıqla izləyin. Bu bilikdən aldığınız qazanc sizi özünüzə yaxınlaşdırmaq, özünüzü tanımaq, daxili potensialınızı kəşf etmək üçün bir tramplin olacaq. Bu da sizin həyatınızın qiymətli, cəlbedici tərəflərinin açılmasına gətirib çıxardacaq. Siz anlayacaqsınız ki, keçəcəyiniz həyat yolu mənalı və rəngarəng olmalıdır, çünki bu bizim vərəsəlik haqqımızdır. Məşhur yazıçımız İsa Hüseynov “İdeal” əsərində bəşər övladının məhz ruhsal vərəsəlik haqqından bəhs etmişdir…
Mahirə Əliyeva
Raca yoq, Brahma Kumaris ümumdünya Ruhsal Universitetinin məzunu