XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2015 - 06:49

Yəməndə başlayan şiə-sünni müharibəsinin başqa islam ölkələrinə sızdırılması risqi

Şərqşünas Seyid Camal Əzimbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, o dəfələrlə KİV-lərdə bu mövzu ilə bağlı həyəcan siqnalı verib: «Bəyan etmişəm ki, Suriya, İraqdan sonra bəzi maraqlı qüvvələr qarşıdurmanın arealını dəyişməkdə maraqlı olacaq. Xüsusilə də qarışıq məzhəblərin yaşadığı yerlərdə. Artıq biz bunun işartılarını hiss edirik. Yəməndəki proseslərin bu vəziyyətə gəlib çatmasında vəhşi müsəlman obrazını yaratmaqda maraqlı olan qüvvələrin əli var. Bu baxımdan da hər bir Azərbaycan vətəndaşı diqqətli olmalıdır. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi bu məsələdə ayıqlığı bir qədər də artırmalıdır. Bu, illərlə hazırlanan bir layihənin tərkib hissəsidir. Amma bir faktı da qeyd edim ki, Azərbaycanda əsrlərdir millətlər və dinlərarası tolerantlıq hökm sürür. Bu bizi o qədər də arxayınlaşdırmamalıdır. Yəməndə yaşananlar istənilən müsəlman dövlətinə pis formada transformasiya edilə bilər. Ehtiyatlı olmaq lazımdır».