XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 April 2017 - 11:16

“Radikal dini qruplar dini təhrif edərək insanları yanlış yola çəkmək istəyirlər” –Komitə sədri

“Bəzi radikal dini qruplar dini təhrif edərək, yanlış fomada insanlara çatdırmaqla onları səhv yola çəkmək istəyirlər”.

Bunu Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqaətlər, proseslər və praktiki addımlar” mövzusunda beynəlxalq seminarda deyib.

O bildirib ki, həmin radikal qruplar bu sahədəki fəaliyyətlərində elektron nəşr formalarından da istifadə edirlər: “Radikal dini qruplar təhrif olunmuş dini yazıları yaymaq üçün elektron vasitələrdən də istifadə edirlər. Ona görə bu prosesləri diqqətdə saxlayırıq. Ümumiyyətlə, Azərbaycana daxil olan bütün dini resurslar yoxlanılır”. 

Report