XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

04 Aprel 2015 - 05:17

Peyğəmbər dövrünə aid Quran tapıldı

Nüsxə 100 ildən çoxdur ki, Almaniya dövlət kitabxanasında saxlanır

Almaniyanın paytaxtı Berlindəki dövlət kitabxanasında Həzrət Muhəmməd (s.a.) dövrünə aid olduğu güman edilən Qurani Kərim səhifələri tapılıb. ANS PRESS-in məlumatına görə, 7 səhifə perqament üzərinə yazılmış Quran nüsxələrinin 606-652-ci illərə aid olduğu güman olunur. Səhifələrin həmin illərə aid olduğu Sürixdəki laboratoriyalardan birində aparılan incələmələrdən sonra sübuta yetirilib.

“Maerkische Allgemeine Zeitung” qəzetinin xəbərinə görə, dövlət kitabxanasının mətbuat sözçüsü Janette Lyambliy bu nüsxələrin “Corpus Coranicusm” layihəsi çərçivəsində incələndiyini, Avropada olan bütün Qurani Kərimlərin bu layihə çərçivəsində elmi araşdırmadan keçdiyini bildirib.

Bu nüsxələrin isə 100 ildən artıq bir müddətdə Almaniya dövlət kitabxanasında olduğu bildirilir.

Misirin paytaxtı Qahirədə yaşayan bir alimə miras qalmış nüsxələrin XIX əsrin sonunda, XX əsrin əvvəlrində Almaniyaya aparıldığı güman olunur.