XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2017 - 23:52

Ramazanın 6-cı gününün duası –İmsak və iftar vaxtı + CƏDVƏL

Sabah Ramazan ayının 6-cı günüdür.

Strateq.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:14-də, iftar isə saat 20:21-dədir.

Ramazan ayının 6-cı gününün duası:

"Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin".

Tərcüməsi:

"İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!"

Allah orucunuzu qəbul eləsin!