XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

09 İyun 2017 - 11:05

Kərbəla, Nəcəf və Məşhəd ziyarətinə neçəyə getmək olar? –QMİ qiymətləri açıqladı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Kərbəla, Nəcəf və Məşhədə təşkil etdiyi ziyarətlərin qiyməti məlum olub.

 QMİ-dən verilən məlumata görə, səfərlərin ödənişi ABŞ dolları ilə həyata keçiriləcək.

 Avtobusla 10 günlük Bakı-Nəcəf-Məşhəd-Bakı səfərinin qiyməti 350-400, təyyarə ilə 10 günlük Samirə, Nəcəf və Kərbəla səfəri isə 1200-1300 ABŞ dolları arasında olacaq.

 İndiyədək müxtəlif qurumlar  vasitəsi ilə avtobusla həyata keçirilən Məşhəd səfərlərinin qiyməti 200-300 manat, Kərbəla səfərlərinin qiyməti isə 600-800 manat arasında olub.

 Qeyd edək ki, QMİ Kərbəla, Nəcəf və Məşhəd şəhərlərində yerləşən müqəddəs yerlərə ziyarətlər təşkil edir. Ziyarətlər peşəkar dini bələdçilərin müşayiətində həyata keçirilir.