XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 09:39

Səudiyyədən, Qumdan, Vatikandan, Moskvadan olan ruhanilərə Bakıda qadağa qoyuldu: Həbs olunacaqlar

dini liderler.jpg

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxs dini təbliğata görə cəzalandırılacaq.

Bununla bağlı Cinayət Məcəlləsində təklif olunan dəyişiklik layihəsi Milli Məclisin (MM) Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi və Dini Qurumlar və İctimai Birliklər Komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb.

Təklif edilən 168-1.2 maddəsinə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.