XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 10:44

“Xarici ölkələrdə dini təhsil almaq qadağan edilməyib”- Mübariz Qurbanlı

mubariz-qurbanli-2012.jpg

“İslamda dini bayraq anlayışı yoxdur. Sadəcə döyüş zamanı yaşıl bayraqlar qaldırılıb. Azərbaycan bayrağında da yaşıl rəngdən istifadə olunub”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, gənclərin bundan sonra xaricdə dini təhsil almasının heç bir təsiri olmayacaq: “17-18 yaşındakı gənc xaricdə təhsil almaq üçün gedəndə təbii ki, həmin ölkənin dini dəyərlərini qavrayır və geri dönərkən öyrəndiklərini burada tədbiq etməkdə maraqlı olur. Ona görə də gələcəkdə təhsil almaq istəyənlərə məsləhət görərdim ki, təhsillərini Azərbaycanda davam etdirsinlər. Bundan sonra dinlə bağlı təhsil alan gəncləri sadəcə xarici dini mərkəzlərdə təhsillərini davam etdirməyə göndərə bilərik. Təbii ki, bu da gələcək üçün atılan addım ola bilər. Yəni hazırda bu məsələdən söhbət gedə bilməz”.