XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

31 İyul 2017 - 15:45

İran Aviasiya Təşkilatının sədri:Səudiyyə Ərəbistanı iranlı zəvvarları daşımaqdan imtina edib


Səudiyyə Ərəbistanı aviaşirkətləri Həcc ziyarətinə gedən iranlı zəvvarları daşımaqdan imtina edib.

Bunu İran Aviasiya Təşkilatının sədri Əli Abidzadə deyib.  Bu gün zəvvarları yola salan Ə. Abidzadə bildirib ki, iki ölkə arasında əldə olunan razılığa əsasən iranlı zəvvarların yarısını “İranAir” şirkəti, yarısını isə Səudiyyə Ərəbistanı hava yolları şirkətləri daşımalı idi. Lakin son anda Səudiyyə Ərəbistanı şirkətləri 26 min iranlı zəvvarı daşınmaqdan imtina edib.

“Biz indi məcburuq ki, zəvvarların daşınmasını özümüz həyata keçirək. Bunun üçün ağır və sıx uçuş proqramına ehtiyac var, lakin söz veririk ki, bütün zəvvarların daşınmasını həyata keçirəcəyik”, – deyə Ə. Abidzadə söyləyib. O qeyd edib ki, bu il ziyarətə gedəcək zəvvarların sayı artıb, lakin ölkənin hava limanlarında həmin zəvvarların qəbulu və yola salınması üçün lazımi infrastruktur dəyişikliyi edilməyib: “Buna görə biz öz zəvvarlarımızı Həcc ziyarətinə göndərmək üçün əlavə çətinliklərlə üz-üzəyik. Uçuşlarda gecikmələr olarsa, xalqımızdan buna görə indidən üzr istəyirəm. Bilsinlər ki, biz uçuşların tam təhlükəsiz və vaxtında yerinə yetirilməsi üçün əlimizdən gələni edəcəyik. Səudiyyə Ərəbistan tərəfindən asılı olan məsələlər bizlik deyil”.

Qeyd edək ki, bu il İrandan 86 min zəvvar həccə gedəcək. (APA)