İstanbulda beynəlxalq İslam Universiteti açılacaq.
Trend-in məlumatına görə, bu universitetin 2019-cu ilin sonu – 2020-ci ilin əvvəllərində fəaliyyətə başlayacağı gözlənilir.
İslam Unversitetində tədris türk, ərəb və ingilis dillərində aparılacaq.
Universitetdə həmçinin radikal İslam təlimləri ilə ideoloji mübarizə mərkəzi yaradılacaq.
Türkiyə mətbuatının yazdığına görə, universitetin rektoru vəzifəsinə Türkiyənin Dini Məsələlər üzrə Komitəsinin keçmiş rəhbəri Mehmet Görməz təyin oluna bilər.