XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2015 - 16:33

“Nuhbala Rəhimov hər hansı bir dini icmanın rəhbəri deyil” – Komitədən açıqlama
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nardarandakı ibadət evləri ilə bağlı məlumat yayıb.
 
Komitənin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, din xadimi kimi təqdim olunan Nuhbala Rəhimov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş hər hansı bir dini icmanın rəhbəri deyil: “Bundan əlavə, N.Rəhimovun din xadimi kimi də rəsmi təyinatı yoxdur. “Hüseyniyyə” məscidi dini icması da Dövlət Komitəsində qeydiyyatdan keçməyib. ümumiyyətlə, Nardarandakı ibadət evlərinin fəaliyyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib”.