XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Avqust 2017 - 15:10

Səfirlik:“Birinci dəfə yerinə yetirilən həcc və ümrə ziyarəti üçün viza rüsumu ödənilmir"

Səudiyyə Ərəbistanı Krallığı ilk dəfə həccə və ümrəyə gələn müsəlmanların viza xərclərini tam olaraq hökumət hesabına ödəyir.

Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyindən Strateq.az saytına daxil olan məlumatda deyilir ki, "birinci dəfə yerinə yetirilən həcc və ümrə ziyarəti üçün viza rüsumu ödənilmir. Səudiyyə Ərəbistanı Hökuməti bu rüsum xərcini özü çəkir.  Bir dəfədən artıq həcc və ümrə ziyarəti yerinə yetirmək istəyənlərə isə viza rüsumu tətbiq olunur". 

Məlumatda bildirilir ki, bir dəfədən çox ziyarət edənlərdən viza rüsumu alınmasının  səbəbi, İslam dininin beşinci ən vacib əməli sayılan həcci, eləcə də ümrəni ilk dəfə yerinə yetirənlər üçün daha yaxşı fürsət yaratmaq və onu əlçatan etməkdir.

Xatırladaq ki, bəzi KIV-də Səudiyyə Ərəbistanı hökumətinin yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq etməsi barədə xəbərlər yayılmışdı.

SƏMLA

Strateq.az