XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 22:00

Azərbaycandan Həccə gedən ilk zəvvar dəstəsi avqustun 24-də yola düşür –QMİ

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək olan zəvvarların ziyarətə yoladüşmə tarixləri açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən xəbərə görə, iki qrup olmaqla ilk zəvvar dəstəsi avqustun 24-də yola düşür. Digər zəvvar qrupları avqustun 25-26-da ziyarətə Səudiyyə Ərəbistanına yola salınacaqlar.

Zəvvarların ziyarətdən qayıdışı sentyabrın 12-nə nəzərdə tutulur,

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər ziyarətçinin getməsi gözlənilir. Ziyarətə gedişin qiyməti təyyarə ilə bir zəvvar üçün 3580 dollaradır.

Zəvvarların Azərbaycandan Səudiyyəyə gedişləri Suriya müharibəsinə qədər Suriya ərazisindən keçməklə avtobusla da həyata keçirilirdi. 2011-ci ildən bu yana Həcc ziyarəti Azərbaycandan ancaq təyyarə ilə həyata keçirilir.

Xatırladaq ki, Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı bu il sentyabrın 1-2-nə təsadüf edir. (Turan)