XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2017 - 19:34

Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşünün vaxtı açıqlandı –Monastırda keçiriləcək

Sentyabrın 8-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçiriləcək.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin mətbuat katibi Aleksandr Volkov məlumat verib.

Görüş Müqəddəs Danil monastırında keçiriləcək.

A.Volkov vurğulayıb ki, din xadimlərinin və dindarların səyləri regionda vəziyyətin yaxşılaşmasına kömək edir.