XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2017 - 20:16

Allahşükür Paşazadə Patriarx Kirilli Bakıdakı erməni kilsəsinədəvət edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirilli Bakıdakı erməni kilsəsinə baş çəkməyə dəvət edib.

 APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya paytaxtında keçirilən Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin görüşündə Şeyxülislam Patriarx Kirilli Bakıdakı erməni kilsəsindəki vəziyyətlə tanış olmağa dəvət edib.

 Hacı Allahşükür Paşazadə bildirib ki, 2019-cu ilin avqustunda MDB dinlərarası Şurasının iclasının keçiriləcək. Şeyxülislam söyləyib ki, Patriarx Kirill həzrətləri bizim ağsaqqalımız olaraq Bakıda olan zaman erməni kilsəsinə baş çəksin, oradakı vəziyyətlə tanış olsun.