XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

19 Sentyabr 2017 - 23:30

Müsəlman qadınlar polisin tələbi ilə üzünü açmağa məcbur olacaq –    İsveçrədə yeni qanun qəbul olundu

İsveçrənin Sankt Qallen bölgəsinin parlamenti ictimai yerlərdə üzün bağlanmasına qadağa qoyulmasını dəstəkləyib. 

Bu barədə İsveçrə teleqraf agentliyi məlumat yayıb.

Məlumata görə, qadağanın təhlükəsizliyə təhdid yaranacağı halda tətbiq ediləcəyi nəzərdə tutulur. Belə ki, şübhəli hesab edilən müsəlman qadınlar polisin tələbi ilə üzünü açmağa məcbur olacaqlar.     

Qanun layihəsi ilk oxunuşda qəbul edilib, 59 deputat “leyinə” və 54 nəfər “əleyhinə” səs verib.

Qadağa çadra geyinən müsəlman qadınlara, habelə etiraz aksiyalarında üzü bağlı etirazçılara da tətbiq ediləcək.   

Qanun layihəsi parlamentdə çoxluq təşkil edən mühafizəkar Xalq Partiyasının nümayəndələri tərəfindən irəli sürülüb/APA.