XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

09 Aprel 2015 - 12:06

Ərdoğan İslam dünyasının dağılması təhlükəsindən danışdı

“Bir cərəyanı digərindən üstün tutmaqla ümməti dağıdırsınız”

Türkiyə prezidenti Ərdoğan bu gün bildirib ki, İslam dinində şiə və sünni qanadları arasında hazırkı münaqişələr İslam dünyasını dağıda bilər.

Strateq.az Türkiyə mətbuatına isnadən xəbər verir ki, prezident deyib: “İndiki anda İslam dünyası dağılma təhlükəsindədir. Müsəlmanlar İslamın müxtəlif cərəyanlarına mənsub ola bilər. Lakin bir cərəyanı digərindən üstün tutmaqla ümməti dağıdırsınız. Bu təhlükəni önləmək üçün təcili addımlar atılmalıdır”.

Ərdoğan həmçinin vəd edib ki, gərginliyin azalmasna cəhd edəcək və bu məqsədlə müsəlmanların ruhani liderləri ilə görüşəcək.