XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 December 2015 - 06:12

Almaniyada İslama qarşı daha bir təxribat

Avropada islamofobiya getdikcə daha geniş yayılmağa başlayır. Belə ki Almaniyada türk miqrantların çoxluq təşkil etdiyi Bonn şəhərində fəaliyyət göstərən firmalardan biri müsəlmanlara qarşı təxribatyönümlü bir addım atıb. ANS PRESS-in məlumatına görə, firma üzərində Türkiyənin İstanbul şəhərinin tarixi yerlərini əks etditən ayaqaltı istehsal edib. Ayaqaltının üstündə tarixi “Sultan Əhməd” məscidinin şəklinin olması müsəlmanları hiddətləndirib. Müsəlmanlar bazar ertəsi günü (sabah) ayaqaltının satışa çıxarılacağına sosial şəbəkələrdə etirazlarını bildirirlər.