XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

10 Oktyabr 2017 - 20:12

Bir qrup zəvvar müqəddəs şəhərlərə yola salınıb –QMİ-dən açıqlama

Bu gün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bir qrup zəvvarı müqəddəs şəhərlərə yola salıb. 

İdarədən "Report"a verilən məlumata görə, onlar oktyabrın 6-da səfərə çıxmalı olsalar da, ancaq müəyyən səbəblərdən tarix dəyişdirilib.

Məlumata əsasən, zəvvarlar ilk olaraq İranın ikinci böyük şəhəri olan Məşhəddə müqəddəs yerləri ziyarət edəcəklər: "Onlar ziyarətə avtobusla yola  düşblər və qrupa QMİ-nin iki əməkdaşı rəhbərlik edir. Məşhəddən sonra İraqın Kərbəla və Nəcəf şəhərləri ziyarət olunacaq. Samirə şəhərinin də ziyarət olunması planlaşdırılır".

Qeyd edək ki, səfər 10-12 gün çəkəcək. Avtobusla ziyarətin qiyməti 300 dollardır. Bu qiymətə zəvvarlar dördulduzlu oteldə qalacaqlar. Gələcəkdə zəvvarların təyyarə ilə də aparılması nəzərdə tutulur. Təyyarə ilə qiymətlər 870 dollar olacaq, bu qiymətə də zəvvarlar beşulduzlu otellərdə qala biləcəklər".